Bəşər Əsəd ilk dəfə kimyəvi hücumdan danışdı

Bəşər Əsəd ilk dəfə kimyəvi hücumdan danışdı
14 Aprel 2017
Mətni dəyiş
“İdlibə kimyəvi hücum ABŞ və onun dəstək verdiyi terrorçuların qurama oyunudur”.
Bunu “France-Presse”ə açıqlamasında Suriya lideri Bəşər Əsəd deyib.
Əsəd bildirib ki, ABŞ bütün bunları Suriyaya hücum etməyə əsas yaratmaq üçün edib:
“Birləşmiş Ştatlar açıq-aşkar terrorçulara dəstək verir. Münaqişənin siyasi həllinin tapılması istiqamətində özünü qeyri-ciddi aparır”.
Suriya lideri əminliklə bildirib ki, kimyəvi silahı yoxdur və hətta olsaydı belə, onu ölkəsinə qarşı tətbiq etməzdi: “2003-cü ildə bütün arsenalımızdan imtina etmişik”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun