1 Aprel 2017
Mətni dəyiş
Ukrayna aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməyəcək.
APA-nın məlumatına görə, bu barədə İrəvanda MDB-nın icraçı katibi, MDB-dən olan müşahidə missiyasının rəhbəri Sergey Lebedev bildirib.
"Seçkiləri müşahidə etmək təklifinə MDB ölkələrindən yalnız Azərbaycan və Ukrayna müsbət cavab verməyib", - deyə o bildirib.
S. Lebedev Ukraynanın bu addımını Kiyevin müşahidə missiyalarının yerinə yetirilməsi barədə razılaşmadan çıxması ilə izah edib.