Fransada seçki günü 50 min polis vəzifə başında olacaq

Fransada seçki günü 50 min polis vəzifə başında olacaq
21 Aprel 2017
Mətni dəyiş
Fransa bazar günü keçiriləcək prezident seçkiləri üçün xüsusi təyinatlılar daxil bütün təhlükəsizlik qüvvələrini hərəkətə keçirib.
Abzas.net xəbər verir ki, Fransa Baş naziri Bernard Cazeneuve, dünən İŞİD-in boynuna götürdüyü və iki nəfərin ölümü ilə nəticələnən hücum sonrasında təşkil etdiyi təcili təhlükəsizlik iclasının ardından prezident seçkiləri üçün 50 min polisin səfərbər ediləcəyini açıqlayıb. Cazeneuve bu rəqəmə xüsusi təyinatlıların da daxil olduğunu söyləyib.
Cazeneuve, "Hökumət tamamilə səfərbər olub. Ölkəmizin demokratik prosesinə mane olacaq hansısa hadisəyə icazə verilməməlidir. Bizim öhdəmizə qorxu, göz dağı və manipulyasiyaya təslim olmayaraq düşməni gücləndirməmək düşür", - deyə bildirib.
Digər tərəfdən Belçika təhlükəsizlik qüvvələri Fransaya yeni terror hadisəsi ola biləcəyinə dair xəbərdarlıq edib. Fransız səlahiyyətlilər təxmin edilən hücumun dünən reallaşan hadisə ilə əlaqəsi olub-olmadığını araşdırdıqlarını vurğulayıblar.
Qeyd edək ki, prezidentliyə namizəd Marine Le Pen hücumla əlaqədar "Radikal İslam bizə savaş elan edir və riskləri məhdudlaşdırmaq üçün tədbirlər alınmır", - deyib.
Müstəqil namizəd Emmanuel Macron isə Le Pen-in sözlərinə, "Sıfır risk deyə bir şey yoxdur. Bunun əksini söyləyən həm məsuliyyətsiz, həm də yalançıdır", - deyə cavab verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun