20 Aprel 2017
Mətni dəyiş
İsrail qəzeti "Haaretz"-də yer alan yazıda, İsrail Baş naziri Benyamin Netanyahu ilə Türkiyə prezidenti Recep Tayyip Erdoğanı bənzətmənin "çox asan" olduğu deyilir.
Buna rəğmən iki lider arasında böyük fərqlər olduğu deyilən yazıda bu fərqlərdən söz açılır. Yazıda Erdoğanın Netanyahunu "qısqana biləcəyi" vurğulanır.
Zvi Barel tərəfindən qələmə alınan yazıda, İsrail və türk hökumətləri arasındakı bənzətmənin "tez-tez görünən əyləncəli xəta" olduğu ifadə edilir.
Yazar, iki ölkədəki insan hüquqları pozuntularını, Netanyahu və Erdoğanın ehtiraslarını və İsraildəki ərəb azlıqlarını Türkiyədəki kürd azlığına oxşadaraq, iki liderin mediaya hücumları arasında da ortaqlıq görülə biləcəyini yazır.
Barel, "Sanki İsrailə qardaş ölkə lazımdır, İsrail və Türkiyənin eyni kotanı çəkən iki öküz olduğu nəticəsinə gəlmək çox asan görünür" deyərək bunun yanlışlığını dilə gətirir.
Yazıda, İsrail və Türkiyə üçün "faşist və irqçi meylləri olan iki milliyyətçi ölkə" deyilərək, iki ölkədə də "dinin milli kimliyin ayrılmaz bir parçası olduğu" önə sürülür.
"Haaretz" qəzetinin yazarı, həm İsraildə, həm də Türkiyədə "demokratik dəyərlərin pozulması", bunun "içəridəki və kənardakı şər qüvvələrinə qarşı öz müdafiə strategiyası" olaraq təqdim edildiyini söyləyir.
"Həqiqətdə İsrail və Türkiyə arasında və Erdoğan ilə Netanyahu arasında böyük fərqlər var" deyən israilli yazar, bu fərqlərin iki liderin ehtirasında deyil, iki ölkənin xalqları arasında olduğunu söyləyir.
Müəllifə görə, Türkiyədə keçirilən referendum da bu fərqlərdən birini göstərir, Türkiyənin konstitusiyası "vətəndaşlara hökumət sistemini şəkilləndirməkdə və dövlətin ideologiyasını müəyyənləşdirməkdə təsirli bir rol" imkanı verir və bu "yalnız seçkilərdə olmur".
Zvi Barel, Erdoğanın referendumda özünü dəstəkləməyənləri "terror təşkilatı tərəfdarları, Qərb ölkələrinin agentləri və vətən sevgisini unutmuş şəxslər" olaraq göstərdiyini yazır.
Yazıda, Erdoğanın özünə dövləti istədiyi kimi idarə etmək səlahiyyətini verməyən hər kəsin "ölkəni zəiflətdiyini" düşündüyü vurğulanır. Yazar Erdoğan və Netanyahunun istifadə etdiyi sözlər arasında böyük oxşarlıqların olduğunu söyləyir.
Netanyahunun "sol və mərkəz-solu qeyri qanuni hala gətirməsinin, Erdoğanın kürdləri və müxalifləri qeyri-qanuni hala gətirməsindən fərqsiz olduğu" ifadə edilərkən, İsrail hələ "çevriliş təşəbbüsü" səbəbiylə siyasi liderləri həbs etməsə də, bunun "ideoloji əsasının yaradıldığını" deyilir.
Zvi Barel, Erdoğanın "öncül liberalları partiyasından uzaqlaşdırması" kimi, Netanyahunun da "milliyyətçi zövqlərinə görə çox mülayim sayıla biləcək" hər kəsi uzaqlaşdırdığını yazır.
İsrailli yazar, sarsılmaz idarənin belə yaradıldığını iddia edərək, həm Erdoğan, həm də Netanyahunun yerlərinə başqalarının gəlməsi ehtimalını də aradan qaldırdıqlarını ifadə edir.
Müəllifə görə, Netanyahu və Erdoğan, öz ideologiyalarına alternativ təqdim edilməsini təmin edə biləcək ideoloji və əxlaqi müzakirələrə da icazə vermir.
Yazar, Netanyahunun Erdoğana nisbətən daha üstün mövqedə olduğunu söyləyərək, Netanyahunun "xalq qiyamından qorxmasına gərək olmadığı" iddiasındadır.
Netanyahu bu səbəblə tam idarəyə sahib olmasını təmin edəcək referenduma da ehtiyac duymur və dövlət dəyərlərini "referenduma ehtiyac duymadan" özü təyin edir.
Müəllif bütün bunlar səbəbiylə Erdoğanın Netanyahuya ancaq "qısqanaraq baxa biləcəyini" bildirir.