21 Aprel 2017
Mətni dəyiş
Fransa prezidentliyinə namizədlərdən biri olan Marine Le Pen, Parisin məşhur Şanzelize Bulvarında (Champs-Elysees) dünən axşam təşkil edilən hücumun ardından, Fransa sərhədlərinin bağlanması çağırışını edib.
Abzas.net xəbər verir ki, hökumətə səslənən Le Pen təhlükəsizlik tədbirlərinin artırılması və terror hücumlarının qarşısının alınması məqsədi ilə Fransa sərhədlərində yoxlamanın artırılması və lazım görülən yerlərdə sərhədlərin bağlanılmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, Parisdə dünən axşam təşkil edilən silahlı hücumu İŞİD boynuna götürüb.