Malayziyada Quran kursunda şlanqla döyülən uşaq ölüb

Malayziyada Quran kursunda şlanqla döyülən uşaq ölüb
27 Aprel 2017
Mətni dəyiş
Malayziyada Quran kursunun müdir müavini tərəfindən şılanqla döyüldüyü iddia edilən 11 yaşlı uşaq ayaqlarının kəsilməsinin ardından xilas edilə bilmədi və xəstəxanada həyatını itirdi.
Polis, Johor əyalətində yaşanan hadisədə ölən uşağın kursun müdir müavini tərəfindən şlanqla döyülən uşaqların arasında olduğunu söyləyib.
Malayziya mediasında yer alan uşağın gündəliyində də, məktəbdəki sistemli döyülmə izah edilir.
BBC Türk-ün xəbərinə görə, komaya girən uşağın ölmədən əvvəl sağ qolunun da kəsilməsini gözlədiyi qeyd edilib.
Ölən uşaq və 14 sinif yoldaşının 24 martda məktəb binasında səs-küy etdikləri səbəbiylə bir su şlanqı ilə döyüldüklərinə inanılır.
Uşağın gündəliyində, ölkənin cənubunda yerləşən Kota Tinggi-də olan məktəbdə bir adamın səhv etməsi halında bütün sinifin cəzalandırıldığı yazılıb.
Gündəlikdə həmçinin uşaqların səhər saat 5-də namaza qaldırılmadan əvvəl, bir az yata bilmək üçün ilk döyülən olmağa könüllü olduqları izah edilir.
Malay Mail adlı internet qəzetinin məlumatına görə, ölən uşaq gündəlikdə, "Sevgili Allah, lütfən ana və atamın məni başqa bir məktəbə göndərmələrini təmin et, çünki artıq buna dözə bilmirəm", - deyə yazıb.
Uşaqları döyməklə günahlandırılan müdir müavininin saxlanıldığı və təhlükəsizlik kamerası görüntülərinin araşdırıldığı qeyd edilib.
Bildirək ki, uşağın ölümü, xüsusi Quran kurslarının daha möhkəm nəzarət altında olması çağırışlarını özü ilə bərabər gətirib.
Milli Hafiz Məktəbləri Birliyi Federasiyası (PINTA) təhlükəsizlik kamerası görüntülərində uşağın ayaq hissələrinə şlanqla vurulduğunun görüldüyünü açıqlayıb.
Ancaq PINTA-nın başçısı Mohd Zahid Mahmood, səlahiyyətli orqanların apardığı istintaqın nəticələrinin tamamlanmasını gözlədiklərini elan edib.
Kursun müdiri isə, davam edən polis istintaqını səbəb göstərərək, şərh verməyi rədd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun