Nigeriyada meningit epidemiyasından 438 nəfər ölüb

Nigeriyada meningit epidemiyasından 438 nəfər ölüb
9 Aprel 2017
Mətni dəyiş
Nigeriyada meningit epidemiyası 438 nəfərin həyatına son qoyub.
Bu barədə Qərbi Afrika ölkəsinin Xəstəlik Nəzarəti Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, son 1 həftə ərzində daha 102 nəfər xəstəlikdən dünyasını dəyişib. Bununla da epidemiya qurbanlarının sayı 438 nəfərə çatıb.
Rəsmi məlumata əsasən ölkədə ümumilikdə 3 min 959 nəfər epidemiyaya yoluxub. Mərkəz vətəndaşlara müraciət edərək epidemiya ilə mübarizə çərçivəsində xəstəxanalara getməyi, tibbi yoxlamadan keçməyi xahiş edib.
2015-ci ildə Nigeriyada meningitdən 131 ölüm hadisəsi qeydə alınıb. Lakin 2016-cı ildə bu rəqəm 33-ə düşüb. Ölkə rəsmiləri xəstəlikdən qorunmanın mümkün olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun