Paris hücumunda şübhəli kimi bilinən şəxs polisə müraciət edib

Paris hücumunda şübhəli kimi bilinən şəxs polisə müraciət edib
21 Aprel 2017
Mətni dəyiş
Parisin Yelisey çöllərindəki terror hücumunda əli olduğu deyilərək, axtarışda olan belçikalı şəxs Antverpen rəsmilərinə müraciət edib.
Belçika prokurorluğu bu gün bildirib ki, həmin şəxs sosial mediada özünün "bir nömrəli" şübhəli şəxs kimi axtarıldığını gördükdən sonra cümə axşamı gecə saatlarında polisə gedib. Lakin şübhəli və onun hücumla əlaqəsi barədə heç bir məlumat verilməyib.
Terror hücumunun məsuliyyyətini öz üzərinə götürən İslam Dövləti özünün xəbər agentliyi vasitəsilə hücumçunun qrupun belçikalı Əbu Yusif adlı döyüşçüsü olduğunu bildirib. Paris polisi isə öldürülən silahlının kimliyinin müəyyən edildiyini bildirsə də, nə adını, nə də İslam Dövləti ilə əlaqəsi olduğunu deyib. Polisin bildirdiyinə görə, öldürülən şəxsin ailə üzvlərindən üç nəfər nəzarət altına alınıb və sorğu-sual edilib.
Fransa prezidenti Fransua Olland deyib ki, bu qorxaq hücumun terror aktı olduğuna əmindir.
Hadisə fransızların bazar günü seçkilərinə hazırlaşdığı vaxt baş verib.
Fransa 2015-ci ildən bəri fövqəladə vəziyyət altındadır. Bu ölkədə 2 il ərzində islamçı yaraqlıların hücumları 230-dən çox insan həyatına son qoyub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun