13 Aprel 2017
                 
                
                    Mətni dəyiş
                    
                 
             
            
                
                    
“Real”ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.
İspaniyanın "Real" klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının ilk ¼ final oyununda Almaniya "Bavariya"sının qapısından 2 qol keçirdib.
32 yaşlı hücumçu görüşdə dubl etməklə avrokuboklardakı qol sayını 100-ə çatdırıb. Bunu isə hələ ki, heç kim bacarmayıb.
98 dəfə ÇL-də fərqlənən Kriştiano 2 dəfə UEFA superkubokunda qol vurub.
Ronaldo bu zirvəni ilk fəth edən futbolçu kimi tarixə düşüb.