28 Aprel 2017
Mətni dəyiş
Əhməd əş-Səmri adlı, təqribən 20 yaşı olan Səudiyyəli gənc, ateist olduğu səbəbiylə edam ediləcək.
Independent-in xəbərinə görə, Hafar əl-Batin qəsəbəsində yaşayan gənc ilk dəfə 2014-cü ildə İslamı və Məhəmməd peyğəmbəri rədd etdiyi videolarla rəsmilərin diqqətini çəkib.
Səudiyyəli gəncin 2015-ci ilin fevralında ateizm səbəbiylə həbs olunduğu və həmin gündən bu yana həbsdə saxlanıldığı bildirilir.
Ateist gəncin məhkəmə zamanı müdafiəsinin, "əqli sağlamlığının yerində olmadığı" deyilərək edildiyi, ancaq bunun qəbul görülmədiyi bildirilir.