4 Aprel 2017
Mətni dəyiş
Rusiyanın Sankt-Peterburq şəhərində metroda terror aktı törətməkdə şübhəli bilinən şəxsin adı açıqlanıb.
“Report” xəbər verir ki, şübhəli şəxs 1995-ci ildə Qırğız Respublikasında anadan olmuş Ekebrcan Celilovdur.
Agentliyin məlumatına görə, o, Rusiya vətəndaşıdır.
Qırğız Respublikası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK) rəsmi nümayəndəsi Rahat Süleymanov isə Rusiyanın TASS agentliyinə bildirib ki, terror aktını törətməkdə şübhəli bilinən şəxsin Qırğız Respublikasında anadan olduğu müəyyənləşib: "Ancaq bir müddət əvvəl o, Rusiya vətəndaşlığı alıb”.
Aprelin 3-də Sankt-Pereburqda metroda törədilən terror aktı nəticəsində 11 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.