4 Aprel 2017
Mətni dəyiş
Sankt-Peterburqda terror aktı nəticəsində həlak olanların sayı artıb.
APA-nın məlumatına görə, Rusiyanın səhiyyə naziri Veronika Skvortsova bildirib ki, ölənlərin sayı 14-ə çatıb.
Bundan əvvəl ölənlərin sayının 11 nəfər olduğu bildirilmişdi.
Dünən Sankt-Peterburq metrosunda partlayış törədilib. Hadisə nəticəsində 1 azərbaycanlı ölüb, 1 azərbaycanlı yaralanıb.