7 Aprel 2017
Mətni dəyiş
İsveçin paytaxtı Stokholmun mərkəzində yük maşını mağazanın içinə girərək üç nəfəri öldürüb, İsveç mətbuatı bildirir.
Silahla atəş açıldığı barədə məlumat var. Polis bir çox insanın xəsarət aldığını bildirib.
Hadisə şəhərin əsas küçələrindən birində, Drottninggatan-da (Kraliçə küçəsi) yerli vaxtla saat 15:00 radələrində baş verib.
Şahidlər yerli mətbuata yük maşınını bir mağazanını şüşəsini yararaq içəriyə sürdüyünü və yerə sərilən insanları gördüklərini bildirirlər.
İsveç höküməti baş verən hadisənin terror aktı olduğunu bildirib. Polis yük avtomobilini insanların üzərinə sürən şəxsi saxlayıb.