Tillerson: "Əsəd rejiminin sonu çatıb"

Tillerson: "Əsəd rejiminin sonu çatıb"
13 Aprel 2017
Mətni dəyiş
"Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi nizamlı olmalıdır".
Bunu ABŞ dövlət katibi Reks Tillerson rusiyalı həmkarı Sergey Lavrovla apardığı danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. "Biz Əsədin gələcək rolu barədə danışdıq. Onun siyasi prosesdə iştirakı, ya iştirak etməməsi barədə danışdıq. Mövqeyimiz ondan ibarətdir ki, Əsəd rejiminin sonu çatıb. Onlar özləri bunda günahkardırlar. Öz davranışları və bir neçə illər ərzində davam edən müharibə onların günahıdır" — ABŞ dövlət katibi qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun