Türkiyənin Ali Seçki Şurası referendumun yekun nəticələrini təsdiq edib

Türkiyənin Ali Seçki Şurası referendumun yekun nəticələrini təsdiq edib
28 Aprel 2017
Mətni dəyiş
Türkiyə Ali Seçki Şurası (ASŞ) konstitusiyaya dəyişikliklərin edilməsinə dair aprelin 16-da keçirilmiş referendumun nəticələrini təsdiqləyib.
ASŞ rəhbəri Sədi Güvən seçicilərin 51,41 faizinin prezident idarəetmə sisteminə keçidi dəstəklədiyini bəyan edib.
“Referendumda seçici fəallığı 87,45 faiz olub. Seçicilərin 51,41 faizi “lehinə”, 48,59  faizi isə “əleyhinə” səs verib”, - deyə Güvən Ankarada jurnalistlərə bildirib.
Referendumla Konstitusiyanın 18 maddəsinə dəyişiklik olunub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun