Venesuelada baş verən nümayişlərdə 12 nəfər ölüb

Venesuelada baş verən nümayişlərdə 12 nəfər ölüb
22 Aprel 2017
Mətni dəyiş
Venesuelada Dövlət Başçısı Nicolas Maduro-ya qarşı üç həftədir davam edən etiraz nümayişlərində ölənlərin sayı artır.
Venesuela rəsmilərinin təsdiq etdiyi rəqəmlərə görə dünən meydana gələn şiddətli hadisələrdə ən az 12 nəfər ölüb, 6 nəfər yaralanıb. Üç həftədir davam edən etirazlarda həyatını itirənlərin sayı beləcə 20-yə yüksəlib.
Reuters xəbər verir ki, ölənlərdən səkkizi, paytaxt Caracas-ın yoxsul El Valle səmtində yağmalamaq üçün girdikləri çörək sexində elektrik cərəyanına qapılaraq həyatını itirib. Səmtdə supermarket işlədən Hane Mustafa agentliyə verdiyi açıqlamada, "Dünən gecə saat 9 ya da 10 radələrində hadisələr qorxuducu hala gəldi, əllərində silahlarıyla bir qrup insan yağmaya başladı", deyə bildirib.
Fransız xəbər agentliyi AFP-yə danışan El Valle sakinlərindən Carlos Yanez səmtdə "döyüş bənzəri" vəziyyətin yaşandığını ifadə edib. 33 yaşındakı venesuelalı inşaat işçisi, "Polis gözyaşardıcı qazdan istifadə edirdi, binalardakı silahlı vətəndaşlar da qarşılığında atəş açırdı. Ailəm və mən özümüzü yerə atdıq. Qorxunc idi", - deyə qeyd edib.
Müxalifət isə hökuməti onlara hücum etməsi üçün silahlı dəstələri küçələrə salmaqla günahlandırır. Səmtdə oturanların çəkdikləri videolarda binalardakı insanların küçələrdəki silahlı şəxslərə pəncərələrdən şüşə və başqa cisimlər atdıqları və "Qatillər" deyə bağırdıqları görünür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun