23 May 2017
Mətni dəyiş
Mayın 23-də Bakı Biznes Mərkəzində Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib.
Hesabatı "Economic Zones World FZE" şirkəti hazırlayıb. Bu sənəd Bu sənəd AİZ baş planı konsepsiyası ilə yanaşı "Azad zonalar haqqında" qanun layihəsini də əhatə edir və belə zonaların yaradılması ilə bağlı beynəlxalq təcrübənin müqayisəli təhlilini əks etdirir.
Ələt AİZ Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində yaradılacaq. Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, limanın tikintisinin birinci mərhələsi başa çatandan sonra Azərbaycanın tranzit yükaşırma qabiliyyəti 15 milyon tona çatdırılacaq.
Ələt AİZ-in yaradılması haqqında qərar 2016-cı ilin martında qəbul edilib. Hələlik bu istiqamətdə işlər layihələndirmə mərhələsinə çatmayıb.