22 May 2017
Mətni dəyiş
1 yanvar 2017-ci il tarixinə Azərbaycanın adambaşına xarici borcu 704,7 dollar təşkil edir, bu da 2016-cı ilin əvvəlinə olan göstəricidən 0,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
“1 yanvar 2017-ci il tarixinə Azərbaycanda əhalinin sayı 1 yanvar 2016-cı ildə 9 mln. 705,6 min nəfərə qarşı 9 mln. 810 min nəfər təşkil edir. Ötən il əhalinin artımı 1,1% olub”, - deyə Palatadan qeyd ediblər.
2017-ci ilin əvvəlinə imzalanan kredit sazişləri üzrə Azərbaycanın xarici borcu 10 mlrd. 931,8 mln. dollar və ya ÜDM-in 32,3%-ni, faktiki mənimsənilən məbləğ 6 mlrd. 913,2 mln. dollar və ya ÜDM-in 20,4%-ni təşkil edir.
“2016-cı ilin yekunları üzrə Azərbaycanın adambaşına xarici borcu 2015-ci ilin sonuna olan 710,3 dollara qarşı 704,7 dollar təşkil edir”, - deyə Palatadan qeyd ediblər.
Ötən il Azərbaycan 1 mlrd. 203,6 mln. dollar məbləğində kredit vəsaitini sərf edib (2015-ci ilin göstəricisi ilə müqayisədə artım 46,1%), xarici borcun ödənişlərinə 719,2 mln. dollar yönəldilib (artım 41,9%).