3 May 2017
                 
                
                    Mətni dəyiş
                    
                 
             
            
                
                    
Bakıda “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna start verilib.
"Report"un məlumatına görə, bununla əlaqədar Dövlət Bayrağı Meydanında komandaların təqdimat mərasimi keçirilib.
Tədbirə veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov da qatılıb. 18 ölkədən 22 komandanın təqdimatından sonra yürüşün birinci mərhələsinə başlanılıb. İştirakçılar bu mərhələdə Bakı - Sumqayıt marşrutu üzrə 150 km məsafə qət edəcəklər. Finiş Sumqayıt şəhər icra hakimiyyətinin qarşısında olacaq.
Ümumilikdə 5 mərhələdən ibarət “Tour d’Azerbaidjan-2017”yə mayın 7-də yekun vurulacaq.
[gallery td_select_gallery_slide="slide" ids="33317,33318,33319,33320,33321,33322,33323"]