Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək

Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək
24 May 2017
Mətni dəyiş
Bu gün futbol üzrə Avropa Liqasının final matçı keçiriləcək.
Abzas.net xəbər verir ki, İsveçdə baş tutacaq final oyununda İngiltərənin "Mançester Yunayted" və Hollandiyanın "Ayaks" komandaları üz-üzə gələcək.
Amsterdam təmsilçisi son 21 ildə ilk dəfə avrokubokların həlledici oyununa çıxacaq. Ümumilikdə isə iki komanda finallarda üst-üstə 16 dəfə iştirak edib. "Ayaks" 7 dəfə kuboka yiyələnibsə, "Mançester Yunayted"də bu göstərici 4 olub. "Qırmızı şeytanlar" bu dəfə qalib gəlsələr, ilk dəfə Avroliqanın baş mükafatını qazanacaqlar.
Eyni zamanda bu komanda bütün 3 Avropa kubokuna - Çempionlar Kuboku (hazırkı Çempionlar Liqası), UEFA Kuboku (Avropa Liqası) və hazırda mövcud olmayan Kuboklar Kubokuna yiyələnən 5-ci komanda sayılacaqlar. Əvvəllər bu, 4 kluba nəsib olub ki, onlardan biri də "Ayaks"dır.
Bugünkü oyun Mançesterdə törədilmiş terror aktı qurbanlarının xatirəsinin anımı məqsədilə 1 dəqiqəlik sükutla başlanacaq.
Avropa Liqası
Final
22:45. "Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə)
Baş hakim: Damir Skomina (Sloveniya)
Stokholm, "Friends Arena"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun