3 May 2017
Mətni dəyiş
Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
Abzas.net xəbər verir ki, Fransa təmsilçisi “Monako” ilə İtaliyanın “Yuventus” klubunun ilk dueli Fransada baş tutacaq.
Bu kollektivlər daha öncə iki dəfə qitənin ən nüfuzlu klub turnirində üz-üzə gəliblər. Turin komandası 1997/98 mövsümündə yarımfinalda, 2014/15 mövsümündə isə 1/4 finalda knyazlıq klubunu mübarizədən kənarlaşdırıb.
“Yuventus” indiyə qədər ÇL-də 11, “Monako” isə 3 dəfə yarımfinal matçları oynayıb. İtaliyanlar 8 dəfə finala vəsiqə qazandıqları halda, fransızlar yalnız 1 dəfə buna müvəffəq olublar.
22:45. “Monako” (Fransa) – “Yuventus” (İtaliya)
Baş hakim: Antonio Mateu Laos (İspaniya)
Monako. II Lui stadionu