Çin “İpək Yolu” ölkələrinə 8,7 mlrd. dollar yardım edəcək

Çin “İpək Yolu” ölkələrinə 8,7 mlrd. dollar yardım edəcək
14 May 2017
Mətni dəyiş
Çin yaxın üç il ərzində  “Yeni İpək Yolu” marşrutu boyunca inkişaf etməkdə olan ölkələrə 60 mlrd. yuan  (8,7 mlrd. dollar) yardım ayıracaq.
Bu barədə Pekində işinə başlayan “Bir kəmər - bir yol” strategiyası çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə yüksək səviyyəli forumda çıxışı zamanı Çinin sədri Si Tsinpin deyib.
Mayın 14-də Pekində “Bir kəmər – bir yol” İpək Yolu ölkələrinin forumu öz işinə başlayıb. Forumda 29 ölkənin rəsmi şəxslərinin iştirakı gözlənilir. Tədbir mayın 15-də başa çatacaq.
Çin 2013-cü ildə "Bir kəmər-bir yol” adlı yeni strategiya elan edib. Bu strategiya Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və əlaqələrin inkişaf etdirilməsinə yönəlib. Strategiyaya iki əsas inkişaf istiqaməti daxildir: "İpək yolu”nun iqtisadi kəməri və dəniz "İpək yolu”. Söhbət malların güzəştli şərtlər əsasında Şərqdən Qərbə tədarük olunması üçün ticarət dəhlizinin yaradılmasından gedir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun