18 May 2017
Mətni dəyiş
Həbsdə olan nidaçı siyasi məhbus Elgiz Qəhrəman həbsxanada məntiq testləri toplusu hazırlayıb.
Abzas.net xəbər verir ki, bu barədə nidaçı Samir Əsədli məlumat verib.
Kitabın adı "3.14 - π"-dir. Topluda kitabında 314 məntiq testi yer alıb. Kitabın ön sözünü jurnalist-publisist Şahvələd Çobanoğlu yazıb.
Elgiz Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib.
Siyasi məhbus bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Həmin müddətdə vəkili yanına buraxılmayıb.
E.Qəhrəman yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Fəalın həm özü, həm də üzvü olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivli olduğunu bildirib.
Beynəlxalq Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.