7 May 2017
Mətni dəyiş
Mayın 7-də Fransada prezident seçkisinin yekun mərhələsi keçirilir.
Yeni prezident ölkənin gələcəyini həll edəcək, o ya Avropa Birliyində qalacaq, yaxud da birlikdən ayrılmağa – "Frexit"ə qərar verəcək.
Prezidentliyə namizədlər səs verdi
Emmanuel Macvron səsverməyə həyat yoldaşı Brijit-lə birlikdə gəlib.
O, kurort şəhəri olan Le-Tuke şəhərindəki( Pa-de-Kale departamenti, Fransanın şimal-qərbi) seçki məntəqəsində səs verib.
Macron yolboyu tərəfdarları ilə xeyli salanmalışb, onlarla "selfi" çəkdirib.
Marine Le Pen isə Enen-Bomon şəhərindəki seçki məntəqəsində səs verib.
Onun namizədliyi məhz bu şəhərdən qeydə alınıb.
Məlumatlara görə təhlükəsizlik baxımndan o, seçki məntəqəsinə piyada-seçiciləri ilə görüşə-görüşə gəlməkdən imtina edib.
Bu dəfə o,məntəqəyə maşınla və xeyli sayda mühavizəçi ilə gəlib. Səs verdikdən sonra da mühavizəçilərinin müşaiyəti ilə kütlənin arasından keçərək maşına oturub.
Fransa prezidenti Francois Hollande də artıq səs verib.
"Femen" qızlar yenə də Marine Le Penə qarşı
“Femen” qızlar hərəkatının bir qrup üzvü Fransa prezidentliyinə namizəd Marine Le Penə qarşı etiraz aksiyası keçiriblər.
Yarıçılpaq 5 qız təmirdə olan kilsənin başına dırmaşaraq Le Pen Əleyhinə plakat asıblar.
Amma az sonra hadisə yerinə gələn polislər qızları həbs edərək aparıblar.
İnsident seçki günü-mayın 7-də Enin Bomu (Henin-Beaumont) şəhərində baş verib.
Bu şəhərdə hakimiyyət son 3 ildir ki, Le Penin “Milli cəbhə” partiyasındadır.
Xatırladaq ki, “Femen” hərəkatının fəallarə təxminən 2 həftə bundan əvvəl də bu şəhərdə Marine Le Penə qarşı etiraz aksiyası keçirmişdilər.
Mərkəzçi Emmanuel Macron AB-yönlü platformanı təbliğ edir. İmmiqrasiyaya qarşı çıxan millətçi Marine Le Pen isə Fransanın AB-dən ayrılması, avrodan imtinasının tərəfdarıdır.
48 yaşlı Le Pen-lə 39 yaşlı Macron-un seçki kampaniyası xeyli kəskinləşib. Le Pen Macron-u islamçı fundamentalizmə, ölkəyə digər təhdidlərə yumşaq mövqe tutmaqda suçlayıb.
“Le Pen-in yeganə strategiyası Macron-a ziyan vurmaq, onu qlobalist namizəd kimi göstərmək, siyasi yanaşmasının, siyasətinin Fransaya təhlükə yaratdığını iddia etməkdir”, – Avropa Siyasəti üzrə EUROPEUM İnstitutunun direktor müavini Martin Michelot deyib.
Seçkinin aprelin 23-dəki birinci raundundan sonra Macron rəy sorğularında öndə gedir. Mayın 5-də, kampaniyanın son günündə keçirilmiş sorğuda o, hətta 62-38 səs fərqiylə rəqibini qabaqlayıb.
Namizədlərin 3 may debatında Macron Le Pen-i "qorxu kahinəsi" adlandırıb. "Le Monde" qəzeti həmin debatın "əvvəldən sonadək kobud və zorakı bəyanatlarla keçdiyini" yazıb.