İslam Oyunları ilə bağlı 3 ölkə Bakıya gəlmir

İslam Oyunları ilə bağlı 3 ölkə Bakıya gəlmir
11 May 2017
Mətni dəyiş
Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarına qatılacaq ölkələrin sayında dəyişiklik baş verib.
Abzas.net xəbər verir ki, Əməliyyat Komitəsinin məlumatına görə, Sudan və Liviya idmançıları, həmçinin İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış etməli olan küveytlilər yarış iştirak etməyəcklər.
İslamiadanın Əməliyyat Komitəsi bütün ölkələrin iştirakını təmin etməyə çalışasa da, hətta onların yarışlarda iştirakının xərclərini qarşılamağa hazır olasa da həmin ölkələr iştirak etmək istəməyiblər. Beləliklə, Azərbaycanda keçirilən İslam Oyunlarında 57 deyil, 54 ölkənin idmançıları iştirak edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun