Merkel: "İncirlik aviabazasına alternativ axtarmaq məcburiyyətindəyik"

Merkel: "İncirlik aviabazasına alternativ axtarmaq məcburiyyətindəyik"
15 May 2017
Mətni dəyiş
“İncirlik aviabazasına alternativ axtarmaq məcburiyyətindəyik”.
Bu sözləri Almaniya federal kansleri Angela Merkel Türkiyənin bu ölkənin deputatlarının "İncirlik" hərbi bazasında olan Almaniya hərbçilərinə baş çəkmələrinə icazə verməməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, İordaniya "İncirlik" üçün alternativ ola bilər.
Ankaranın bu addımı atmasına səbəb kimi Almaniyanın Türkiyədə "Fətullahçı Terror Təşkilatı"na üzv olmaqda ittiham edilən türk hərbçilərə sığınacaq verməsi göstərilir. Xatırladaq ki, bu, Türkiyə ilə Almaniya arasında "İncirlik" bazası ilə bağlı yaşanan ikinci böhrandır. Ötən il Bundestaqın uydurma "erməni soyqırımı"nı tanımasından sonra da Türkiyə alman millət vəkillərinin "İncirlik"i ziyarət etməsinə icazə verməmişdi.
"İncirlik" aviabazası Türkiyənin Adana vilayəti ərazisində yerləşir və həm Suriyaya, həm də İraqa yaxındır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun