25 May 2017
Mətni dəyiş
Ekvatorial Qvineya Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) qoşulub.
Bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl Falihi jurnalistlərə bildirib.
"Düşünürəm ki, OPEC-ə üzv olmayan ölkənin təşkilata qoşulması faktı OPEC-in yaxşı işlədiyini göstərir", - deyə nazir qeyd edib.
Mayın 24-25-də Vyanada OPEC və qeyri-OPEC ölkələrinin birgə iştirakı ilə Nazirlər Şurasının 172-ci iclası keçirilir.
OPEC 1960-cı ilin sentyabr ayında yaradılıb. Əlcəzair, Anqola, Ekvador, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela təşkilatın üzvüdür.