12 May 2017
Mətni dəyiş
Şövkət Mirziyəyev BMT-nin insan hüquqları üzrə Ali Komissarlığına açıq dialoq təklif edib.
Abzas.net Azadlıq qəzetinə istinadən xəbər verir ki, Özbəkistan prezidenti Şövkət Mirziyəyev BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseynlə görüşüb.
O, ölkəsi ilə BMT təsisatları, o cümlədən insan haqları üzrə ali komissarlıqla əməkdaşlığın və açlq dialoqun vacibliyindən danışıb.
Özbəkistan prezidenti qeyd edib ki, insan haqlarının müdafiəsi ölkədə davam edən dərin struktur islahatlarının əsas prioritetidir.
BMT ali komissarı öz növbəsində uzunmüddətli ikitərəfli əməkdaşlığa hazır olduqlarını dilə gətirib.
Bu BMT ali komissarının Özbəkistana ilk səfəridir.