29 May 2017
Mətni dəyiş
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 10 692 min manat həcmində tütün məmulatları istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49% azdır.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Rəsmi statistikaya əsasən, ölkədə bu ilin ilk dörd ayı ərzində 193,5 mln. ədəd papiros və siqaret, 940,5 ton fermentləşdirilmiş tütün istehsal olunub. İllik müqayisədə fermentləşdirilmiş tütün istehsalında 14,7% artım, papiros və siqaret istehsalında isə 77,7% azalma qeydə alınıb.
Cari il mayın 1-nə ölkədə 2,1 mln. ədəd hazır məhsul ehtiyatı yaranıb.
Gömrükdən qaçaqmalçılıq yolu ilə keçirilən siqaretlər satış mərkəzlərinə paylanır. Daha ucuz satılan xarici siqaretlər yerli istehsalı vurur.