Rusiya Ermənistandakı hərbi bazasını genişləndirə bilər

Rusiya Ermənistandakı hərbi bazasını genişləndirə bilər
9 May 2017
Mətni dəyiş
Rusiya Ermənistanda yerləşən hərbi bazasını gələcəkdə genişləndirə bilər.
“News.am”-ın yaydığı məlumata görə, bu barədə Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin bildirib.
“Xarici işlər naziri Sergey Lavrovun Ermənistandakı 102-ci hərbi bazanın İŞİD-lə mübarizə aparmağa hazır olduğu bəyanatına gəldikdə, nazir səfirdən daha yaxşı bilər. Hərbi baza Ermənistanın təhlükəsizliyini təmin etmək, həmçinin digər məsələlərin həlli üçün burada mövcuddur. Yəqin ki, hər hansı qarşılıqlı razılaşma əsasında hərbi baza genişləndirilə bilər”, - deyə İ. Volınkin qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun