Yunanıstanda etirazçılar Maliyyə Nazirliyinin binasını ələ keçirib

Yunanıstanda etirazçılar Maliyyə Nazirliyinin binasını ələ keçirib
11 May 2017
Mətni dəyiş
Yunanıstanın paytaxtı Afinada yeni iqtisadi siyasətə etiraz edən bir qrup etirazçı Maliyyə Nazirliyinin binasını ələ keçirib.
Abzas.net xəbər verir ki, İşçi Cəbhəsinin (PAME) çağırışıyla nazirlik binası qarşısında toplanan yüzlərlə insandan bəziləri, binanın girişlərini bağlayaraq simvolik işğalı həyata keçirib.
Şəhər mərkəzindəki Sintagma meydanında yerləşən binaya girən bir qrup aktivist, ön cəbhəyə "Sərmayə-AB və hökumətin yeni oğurluğuna qarşı 17 mayda ümumi tətilə" yazılı pankart asıb.
Qeyd edək ki, ölkənin öncül işçi və məmur həmkarlar ittifaqları, qurtarma Yunanıstanı xilas etmə paketi proqramındakı əlavə tədbirlərə qarşı 17 mayda ümumi tətil çağırışı edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun