14 İyun 2017
Mətni dəyiş
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bir sıra kredit təşkilatlarının fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib. Bu barədə “Marja“ya Palatadan bildirilib.
Bir il müddətində bank fəaliyyətinin həyata keçirilməməsi, iki hesabat tarixinə hesabatların təqdim olunmaması, təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsinin müəyyənləşdirilməsi və illik kənar auditin keçirilməməsi səbəbindən “Ağammədli”, “Ağdaş”, “Aqrovest”, ”Balıqçı”, “Bənövşə”, “Buta”, “Fəqan”, “Fidan”, “Girdiman”, “İnkişaf”, “Meridian”, “Mikrokredit”, “Muxax”, “Nihat”, “Qarabağ-2010”, “Şəmkir”, “Şəmkir Aqro”, “Zərqova”, “Ziya”kredit ittifaqlarına və öz müraciətləri əsasında “A.F.S” və “KİV nümayəndələri” kredit ittifaqlarına verilmiş lisenziyalar ləğv edilmişdir.
Həmçinin, fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının göstərişlərinə əməl olunmamasına görə “Norveç Mikrokredit” bank olmayan kredit təşkilatına verilmiş kreditlərin verilməsi üçün lisenziya ləğv edilmişdir.