6 İyun 2017
Mətni dəyiş
"Qətərdən Azərbaycana olan təyyarə reyslərinin davam etməsi AZAL-dan deyil, Qətər Hava Yollarından asılıdır", Azərbaycan Hava Yollarının (AZAL) sözçüsü Paşa Kəsəmənski bildirib.
Onun sözlərinə görə, Dohadan Bakıya və geriyə bir reys mövcuddur və bu reys Qətər Hava Yolları tərəfindən həyata keçirilir.
Çərşənbə axşamı Bakı vaxtilə saat 07:00-da Misir artan diplomatik gərginlik fonunda öz hava məkanını Qətərin təyyarələrinə bağlayıb.
Səudiyyə Ərəbistanı və Bəhreynin də gün içində eyni addımı atacağı gözlənilir.
Bazar ertəsi Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, Qətəri Fars Körfəzi regionunda terrorizmə dəstək verməkdə günahlandıraraq onunla əlaqələrini kəsib.
Qətər Dövləti ilə Azərbaycan arasında diplomatik əlaqələr 1994-cü ildə yaradılıb, hər iki ölkədə səfirliklər isə 2007-ci ildən fəaliyyət göstərir.