7 İyun 2017
Mətni dəyiş
“Terek” klubunun adı dəyişdiriləcək.
Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Qroznı təmsilçisi yeni mövsümdən Çeçenistan Respublikasının sabiq prezidenti Axmat Kadırovun şərəfinə “Axmat” adını daşıyacaq.
Klubun prezidenti Maqomed Daudov təklifin fanatlar tərəfindən irəli sürüldüyünü bildirib. Lakin sosial şəbəkədə əksər azarkeşlər komandanın adının dəyişdirilməsinə qarşı çıxıblar.
“Terek” rəhbərliyi bu istəyi ilə bağlı Rusiya Futbol Peşəkar Liqasına müraciət edib. Klub yeni mövsüm üçün lisenziyalaşdırma prosesini “Terek” adı ilə keçsə də, bu, ad dəyişdirmə prosesinə problem yaratmayacaq. “Terek”in yaxın günlərdə rəsmən “Axmat” adlandırılacağı bildirilir. Klub rəhbərliyi artıq yeni loqonu da hazırlayıb.
Axmat Kadırov Çeçenistan Respublikasının hazırkı prezidenti Ramzan Kadırovun atasıdı.
Qeyd edək ki, hazırda “Kəpəz”in çalışdırıcısı olan Şahin Diniyev həm futbolçu, həm də məşqçi kimi “Terek”ə xidmət göstərib.