15 İyun 2017
Mətni dəyiş
Qlobal bazarların səbirsizliklə gözlədiyi qərar açıqlanıb. ABŞ Mərkəzi Bankı FED-in iyun ayı iclası başa çatıb. Bu barədə Marja xəbər yayıb.
İclasda qəbul olunmuş qərarla uçot dərəcəsini (faiz) 0,75%-1.00% aralığından 1.00%-1.25% aralığına qaldırılıb. Beləliklə, Fed faizi 0,25 faiz bəndi artırıb.
İnvestorlar da FED-in faizi bu nisbətdə artıracağını gözləyirdilər. FED sədri Janet Yellen Bakı vaxtı ilə saat 22:30-da mətbuat konfransı keçirəcək.
Bank son olaraq mart ayında faizin 25 bənd artımla 0,75-1,00 faiz aralığına yüksəltmişdi.
“Fed 2017-də daha bir dəfə faiz artırımı nəzərdə tutur”, – qərar mətnində deyilir.c