7 İyun 2017
Mətni dəyiş
Bu ilin ilk dörd ayında Dövlət Gömrük Komitəsinin xəttilə büdcəyə 975 milyon manat, ötən ildəkindən 125 milyon manat çox gömrük vergi və rüsumları toplanıb.
Komitə ilk dəfədir ki, dövlət büdcəsinə aylıq ödəmələr haqqında məlumatı belə operativ – ayın birinci həftəsi başa çatmamış təqdim edir. Məlumata görə, sahibkarlar büdcəyə may ayında idxal-ixrac əməliyyatları üzrə 216.8 milyon manat, keçən ilin mayından 10.6 milyon manat çox vəsait köçürüblər.
DGK xəttilə dövlət büdcəsinə ən yüksək məbləğdə vəsait (235 milyon manat) ötən ilin dekabrında toplanıb. Mayın gömrük daxilolmaları isə bu ilin ən yüksək göstəricisidir.
Bu il gömrükçülərə ötənilki qədər – 2.2 milyard manat toplamaq tapşırılıb. Dolların manata olan hazırkı məzənnəsi ilə bu proqnozu doğrultmaq çətin olmayacaq. Gömrük ödənişləri ABŞ dolları ilə hesablanır, manatla ödənilir.