Natiq Cəfərli: "Hökumətin iki seçimi var idi, onlar pisi seçdilər"

Natiq Cəfərli: "Hökumətin iki seçimi var idi, onlar pisi seçdilər"
13 İyun 2017
Mətni dəyiş
Nyu-York məhkəməsinin ardınca London məhkəməsi də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) aktivlərinin, habelə hüquqlarının xarici kreditorların iddia tələblərindən qorunması ilə bağlı müsbət qərar qəbul edib.
Abzas.net mövzu ilə bağlı iqtisadçı ekspertlərin münasibətini öyrənib. Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyir ki, bu, beynəlxalq hüquqda standart prosedurlardan biridir.
"Əgər bank özü müraciət edirsə və bu kreditorları aldatmaq əhəmiyyəti daşımırsa, məhkəmə belə hallarda müsbət qərar verir. Maliyyə nazirliyi iki seçim arasında qalmışdı. Pis seçim və çox pis seçim. Maliyyə nazirliyi də pis seçimi seçdi. Çox pis seçim o idi ki, kreditorlar məhkəmələrə müraciət edib bankın və dövlətin əmlakı ilə bağlı iddialar qaldıra bilərdi, bu çox pis seçim olardı. Pis seçim isə o oldur ki, Maliyyə nazirliyi özü müraciət elədi, bu da ölkənin imicinə, kredit reytinqinə, bank sektoruna ciddi şəkildə mənfi təsir göstərdi" - deyə N.Cəfərli bildirib.
[caption id="attachment_5200" align="alignnone" width="987"] Natiq Cəfərli[/caption]
Ekspert deyir ki, qarşıda çox ağır danışıqlar olacaq, Azərbaycan hökuməti hələ ki, çox sərt mövqe tutub.
Onun sözlərinə görə, beynəlxaq kreditorların əlində çoxlu imkanlar var ki, müxtəlif yollarla, məhkəmələrə müraciət etməklə bu qaydaları öz xeyrlərinə dəyişə bilsinlər.
"Düşünürəm ki, Azərbaycan tərəfi yumşalmaya gedəcək və borcun tamamını öz üzərinə götürəcək. Ya qiymətli kağızlarla, ya elə nəğd pulla borcu bağlamağa çalışacaq" - deyə ekspert Natiq Cəfərli bildirib.
"Bu məhkəmə qərarları Azərbaycanın gələcəyinə saplanmış baltadır"
İqtisadçı Nemət Əliyev isə, London məhkəməsinin qərarın "çarəsizlikdən doğan addım" adlandırıb.
[caption id="attachment_13882" align="alignnone" width="1024"] Nemət Əliyev[/caption]
Onun sözlərinə görə, bu qərar biraz nəfəs almağa imkan versə də, xarici investorların Azərbaycana olan etibarlarını, marağlarını alt-üst edir.
"Xarici investorların konversiya maraqları var. Azərbaycan hakimiyyəti bir zamanlar işlədiyi xarici investorları zərbə altında qoyur. Azərbaycana kredit verilən zaman bağlanmış müqavilə şərtləri hamısı pozulur. Azərbaycan hökuməti o investorların öz gəlirlərinin 20%-indən imtina etməsini tələb edir" - deyə N.Əliyev bildirib.
Nemət Əliyev deyir ki, heç bir kreditor bununla asanlıqla razılaşmayacaq.
"Bu məhkəmə qərarları Azərbaycanın gələcəyinə saplanmış baltadır. Xüsusən də belə bir zamanda kreditorların etibarını itirmək, onların inamsızlığını qazanmaq Azərbaycanın marağlarına, xüsusən də konvensiya maraqlarına xidmət etmir" - deyə Nemət Əliyev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun