Poroshenko Avropa ilə vizasız rejimin tətbiqinə başlandığını elan edib

Poroshenko Avropa ilə vizasız rejimin tətbiqinə başlandığını elan edib
11 İyun 2017
Mətni dəyiş
Ukrayna prezidenti Petro Poroshenko ölkə vətəndaşları üçün Aİ ilə vizasız rejimin tətbiq edilməyə başlandığını təntənəli şəkildə elan edib.
Bu barədə  Poroshenko sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, artıq Ukrayna üçün vizasız rejimin tətbiqinə başlanılıb: "Avropaya eşq olsun! Ukraynaya eşq olsun!”.
Ukrayna vətəndaşları biznes, turizm və ailə səyahətləri də daxil olmaqla 90 gün ərzində Şengen zonasında qala bilərlər. Sənəd iyunun 11-dən qüvvəyə minib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun