29 İyun 2017
Mətni dəyiş
“Qəbələ”yə keçidimin “Reyncers” karyeramın sonu olmadığına ümid edirəm. Bunu zaman göstərəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin şotlandiyalı yarımmüdafiəçisi Endi Hallidey deyib.
Məşhur “Reyncers” klubuna məxsus olan futbolçu 2017/2018 mövsümünü icarə əsasında ölkəmizdə keçirəcək. Vətənində müsahibə verən Endi “Qəbələ”dəki çıxışının geridönüş üçün əhəmiyyət kəsb etdiyini bildirib: “Ümid edirəm ki, Azərbaycanda hər şey alınsa, bu baş məşqçidə müsbət təəssürat yaradacaq və növbəti mövsüm üçün onun planlarına daxil olacam. Üzərimdə çox çalışmışam ki, “Reyncers”in əsas heyət üzvünə çevrilim. Buna görə də asanlıqla təslim olmayacam. Ötən mövsümün ikinci yarısında çıxışım istədiyimdən çox-çox uzaq idi. Amma mən yenə də mövsümün 4-5 ayında nümayiş etdirdiyim oyun formamı bərpa edə bilərəm. İnanıram ki, bunu bacarsam, yenə də baş məşqçiyə lazım olacam. İlk növbədə etiraf edirəm ki, ötən mövsümün 2017-ci ilə aid olan hissəsində yaxşı formada deyildim. Amma formamı bərpa etmək gücündə olduğumu bilirəm. Əgər hər şey məndən asılıdısa, deməli “Reyncers” karyeram bitməyib”.
Qeyd edək ki, Endi ötən mövsüm Şotlandiya çempionatında 32 oyun keçirib, 3 qol vurub.