"Real Madrid" Çempionlar Liqasının növbəti dəfə qalibi oldu [Video]

"Real Madrid" Çempionlar Liqasının növbəti dəfə qalibi oldu [Video]
4 İyun 2017
Mətni dəyiş
İyunun 2-də Çempionlar Liqasının final oyunu baş tutub. Həlledici qarşılaşmada İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" komandaları üz-üzə gəlib.
Final qarşılaşması Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda təşkil olunub. Oyun "kral klubu"nun böyük hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün ilk yarısında tərəflər hərəyə bir dəfə fərqlənsə də, fasilədən sonra "Real Madrid" 4 dəqiqə ərzində 2 qol vuraraq hesabı 3-1 edib. 84-cü dəqiqədə Xuan Kuadrado qırmızı vərəqə alıb və Yuventusu azlıqda qoyub.
Bundan sonra Zinəddin Zidanın baş məşqçi olduğu komanda 90-cı dəqiqədə yekun nəticəni müəyyənləşdirib. Bu görüşdə "dubl" edən Kristiano Ronaldo Çempionlar Liqasının 3 final oyununda qol vuran ilk futbolçu olub.
"Kral klubu" isə tarixində 12-ci dəfə Çempionlar Kubokuna yiyələnib. Eyni zamanda İspaniya təmsilçisi kuboku ardıcıl iki dəfə əldə edən 2-ci komanda ünvanına sahib çıxıb.
Daha əvvəl qitənin ən nüfuzlu klub turnirində 1989 və 1990-cı illərdə "Milan" qalib olmuşdu. Madridlilər həm də son 4 ildə 3-cü dəfə kuboku başı üzərinə qaldırıblar.
"Yuventus" isə cəmi 2 dəfə - 1985 və 1996-cı illərdə qazandığı kuboka yenisini əlavə edə bilməyib. İtaliya təmsilçisi Çempionlar Liqasını ikinci dəfə qazandıqdan sonra 5-ci final görüşündə də məyus olub.
"Yuventus" (İtaliya) - "Real Madrid" (İspaniya) - 1:4
Qollar: Mario Mancukiç, 27 - Kristiano Ronaldo, 20; 64. Karlos Kasemiro, 61. Marko Assensio, 90
[embed]https://rutube.ru/video/1e7638e245a4bc4b495da279813ae219/[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun