Salvador Dalinin qalıqları eksqumasiya ediləcək

Salvador Dalinin qalıqları eksqumasiya ediləcək
26 İyun 2017
Mətni dəyiş
Madrid Məhkəməsi atalığın müəyyənləşdirilməsi iddiası ilə əlaqədar məşhur rəssam Salvador Dalinin meyitinin qalıqlarının eksqumasiya edilməsi barədə qərar verib.
Abzas.net xəbər verir ki, Pilar Abel adlı qadın S. Dalinin qızı kimi tanınmasını tələb edib və məhkəmə də atalıqla bağlı bioloji test keçirilməsi üçün belə bir qərar verib.
Bu qərarın verilməsinin əsas səbəbi məşhur rəssamın analiz götürülməsi üçün heç bir bioloji nümunəsinin qalmamasıdır.
Vəkil Abel Enrike Blankesin fikrincə eksqumasiya artıq iyulda edilə bilər.
Qeyd edək ki, S. Dali 1904-cü il mayın 11-də anadan olub, sürrealizm cərəyanının məşhur nümayəndələrindən biridir.  Yüzlərlə rəsm əsəri, kitablar üçün illüstrasiyaların, heykəllərin müəllifi olan rəssam 23 yanvar 1989-cu ildə Kataloniya vilayətinin Fiqeras şəhərində vəfat edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun