7 İyun 2017
Mətni dəyiş
"SOCAR-KPŞ" MMC ləğv olunduğunu elan edib.
APA xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, S.Rütəm küçəsi 18 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "SOCAR-KPŞ" SOCAR-ın törəməsidir. Şirkətin saytında yer alan məlumatda deyilir ki, onun yaradılmasında məqsəd, neft-qaz sənayesi sektorunda Azərbaycan neftçilərinin hərtərəfli təcrübəsindən istifadə edərək müasir idarəetmə metodları və elm və texnikanın ən son nailiyyətlərini birləşdirməklə işlərin yerinə yetirilməsinə qadir olan bir təşkilatın yaradılmasıdır. O da vurğulanıb ki, “SOCAR-KPŞ” MMC Azərbaycanın neft-qaz və kimya sənayesi obyektlərində bir sıra layihələr həyata keçirib.