27 İyun 2017
Mətni dəyiş
TAP konsorsiumunun (Trans Adriatic Pipeline AG, TAP) rəhbərliyinə yeni təyinat olub.
Konsorsiumdan "APA-Economics"ə daxil olan məlumata görə, Luka Skieppati TAP-ın baş icraçı direktor, Uolter Peeraer isə prezident postuna təyin ediliblər. Hər iki şəxs vəzifələrinin icrasına iyunun 27-dən etibarən başlayır.
Qeyd edək ki, L. Skieppati Yan Bredşounu əvəzləyib.
L. Skieppati TAP-a 1991-ci ildən çalışdığı İtaliyanın "Snam" şirkətindən qoşulub.
U. Peeraerin sonuncu iş yeri isə Belçikanın "Fluxys" şirkəti olub. Mütəxəssis şirkətin İdarə Heyətinin üzvü və icraçı direktoru kimi fəaliyyət göstərib.