Turizm agentliklərinə nağd ödəniş qadağan edilir. Belə ki, turizm agentliklərinə ödəmələr yalnız nağdsız qaydada həyata keçiriləcək.
Bununla bağlı "Turizm haqqında” Qanunun 9-cu (Turizm məhsulu satışının təşkili qaydaları) maddəsinə dəyişiklik təklif edilib. Layihə parlamentin plenar iclasına tövsiyə edilib.
Layihə Əmək və Sosial Siyasət, Hüquq Siyasəti və Dövlət Quruculuğu, İnsan Hüquqları Komitəsinin birgə iclasında müzakirəyə çıxarılıb. Bəs, görəsən, bu dəyişiklik turizmin inkişafına necə təsir edəcək?
"Azərbaycanda turizm fəaliyyəti ilə bağlı çox ciddi maneələr var”.
Bunu turizm üzrə ekspert Ülvi Həsənli Toplum Tv-yə açıqlamasında qeyd edib. Onun sözlərinə görə, bu ödənişlərin kart hesablarına keçirilməsi problemdir:
[caption id="attachment_23282" align="alignnone" width="1024"] Ülvi Həsənli[/caption]"Azərbaycanda turizm fəaliyyəti ilə bağlı çox ciddi maneələr var. Turizmin inkişafı ilə bağlı bu maneələr aradan götürülməkdənsə, əksinə əlavə problemlər yaradılır. Turizm agentliklərində olan ödənişlər getmə turizmlə bağlıdır. Ona görə də ödənişlər adətən xarici valyutada olur. Bu ödənişlərin kart hesablarına keçirilməsi problemdir. Son dövrlər fiziki şəxslər belə kart hesablarına pul qoymaqda çətinlik çəkirlər. Azərbaycan bu sahənin inkişafında o qədər də maraqlı deyil. Maraqlı olsaydı, birinci növbədə, gəlmə turizmi inkişaf elətdirərdilər, ikinci növbədə tam azad bazar mövcud olardı. Amma biz bunların heç birini görmürük. Turizm şirkətlərinin nümayəndələri də bu vəziyyətdən razı deyil”.
"Azərbaycanda hakimiyyət elə bilir ki..."