7 İyun 2017
Mətni dəyiş
Türkmənistan prezidenti Kurbangulu Berdymukhamedov hökumətə sosial imtiyazların ləğv edilməsini göstəriş verib.
Prezident bunun səmərəsiz olduğunu hesab edir.
Bu barədə Türkmənistanın rəsmi informasiya agentliyi xəbər verir.
1993-cü ildə keçmiş prezident Saparmurat Niyazov tərəfindən tətbiq edilmiş imtiyazlara görə, əhaliyə su, qaz və elektrik enerjisi pulsuz verilirdi.
Azadlıq Radiosu Türkmənistan xidməti ölkədə iqtisadi vəziyyətin getdikcə pisləşdiyini, ərzaq məhsullarının daima bahalaşdığını, büdcə təşkilatlarında maaşların aylarla gecikdirildiyini və ölkədə işsizliyin səviyyəsinin artdığını xəbər verir.
Amma mənbə yazır ki, hakimiyyət buna baxmayaraq bahalı obyektlərin tikintisinə pul ayırmaqda davam edir.
Rəsmi məlumata görə, təkcə bugünədək hökumət bu məqsədə 50 milyard dollar vəsait xərcləyib.
Türkmənistan ən qapalı Orta Asiya ölkələrindən biridir.
Təbii qaz ehtiyatlarına görə dünyada dördüncüdür.
BMT-nin məlumatına görə, bu respublikanın əhalisi yoxsulluq vəziyyətində yaşayır.
Hüquq müdafiəçiləri prezident Berdymukhamedovu insan haqlarını pozmaqda, müxalifət və söz azadlığını boğmaqda günahlandırırlar.