Bu il Azərbaycan
Dövlət Neft Fondunun (ARDNF) gəlirləri üzrə 27,6% artım nəzərdə tutulub.
“Report” bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişikliklər edilməsi barədə layihəyə Palatanın rəyinə istinadən xəbər verir.
Belə ki, 2017-ci ildə Fondun gəlirlərinin 2017-ci il təsdiqlənmiş büdcədə nəzərdə tutulan 8 370,6 mln. manatdan 10 677,6 mln. manata çatdırılması gözlənilir.
Qeyd olunub ki, əsas səbəb kimi neftin dünya bazarlarında qiymətinin cari ilin ilk 5 ayında proqnozlaşdırılan nisbətlə müqayisədə 35%-dək artmasıdır.
Dövlət Neft Fondunun xərclərinin isə 14 451,3 mln. manatdan 14 459,1 mln. manatadək artacağı proqnozlaşdırılır.