1 İyul 2017
Mətni dəyiş
Azərbaycan milli komandasının sabiq futbolçusu Ufuk Budak karyerasını Türkiyənin I liqasında mübarizə aparan “Samsunspor”da davam etdirəcək.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı sol cinah müdafiəçisi ilə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, U.Budak ötən mövsüm Türkiyənin I liqasında çıxış edən “Manisaspor”da forma geyinib. O, daha əvvəl “Eskişehirspor”, “Qaziantep BB” və “Kayserispor”un da şərəfini qoruyub.
U.Budak 2011-ci ildə Azərbaycan yığmasına dəvət alıb və indiyə qədər 17 matçda iştirak edib. Almaniyada doğulan türk əsilli futbolçu sonuncu dəfə 2016-cı ilin iyulunda milliyə çağırılıb.