Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 21 052,7 min ton neft nəql edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, nəqletmənin 78,3%i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.
Bu ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 16 474,7 min ton neft ötürülüb. Bu dövr ərzində BTC kəməri ilə 3 263,0 min ton tranzit nefti də nəql olunub.