Amerika fond bazarında Dow Jones indeksi 0,61% - 21 479,27 bəndədək, S&P 500 0,23% - 2 429,01 bəndədək bahalaşıb, NASDAQ isə 0,49% - 6 110,06 bəndədək ucuzlaşıb.
Abzas.net xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,88% - 7 377,09 bəndədək, Almaniya DAX-ı 1,22% - 12 475,31 bəndədək, Fransa CAC-40-ı isə 1,47% - 5 195,72 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,40 dollar bahalaşaraq 1 222,60 dollara, gümüş isə 0,02 dollar ucuzlaşaraq 16,08 dollara satılıb.