"Mançester Yunayted" klubu və İngiltərə yığmasının hücumçusu Ueyn Runi "Evertona" qayıdıb.
O, klubla 2 il müddətinə müqavilə imzalayıb, sövdələşmənin maliyyə şərtləri açıqlanmır.
"Yenidən bura qayıtmaq çox gözəldir. Yeni komanda yoldaşlarımı görməyi, məşqə çıxmağı və matçda oynamağı səbirsizliklə gözləyirəm. Mən əvvəllər bildirmişdim ki, İPL-də təkcə "Mançester Yunayted" və "Everton"da oynayacağam, ona görə xoşbəxtəm ki, bu transfer baş tutdu. Mən heç vaxt digər ingilis klubunun rənglərini müdafiə etməzdim", - deyə 31 yaşlı futbolçu bildirib.
Runi 2016/17-ci illər mövsümündə bütün cəbhələrdə keçirdiyi 39 oyunda 8 qol vurub və 10 məhsuldar ötürmə edib.
O, futbolçu karyerasına "Everton"da başlayıb və klubda 67 oyun (2002-2004) keçirib, 2004-cü ildə ser Aleks Ferqyusonun təşəbbüsü ilə "Mançester Yunayted"ə (393 oyun, 183 qol) keçib. Bombardir burada 13 il ərzində Çempionlar Liqası və Avropa Liqasını qazanıb və 5 dəfə İngiltərə çempionu olub.